Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Milletinsesi.az Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elman Parlanov Səbail Rayon Polis İdarəsinin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bu təyinata qədər, Çevik Polis alayında komandir vəzifəsində çalışıb.