Kavani “Atletiko”da?

PSJ-dən ayrılan Edinson Kavani yeni klub axtarışındadır.

Qol.az “L`Equipe”yə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunun karyerasını “Atletiko”da davam etdirmək ehtimalı var.

Məlumata görə, ötən gün futbolçunun menecerləri Parisə yollanıblar və oradakı otellərin birində Madrid təmsilçisinin nümayəndələri ilə görüşüblər.  Bildirilir ki, onlar uruqvaylı oyunçu ilə  imzalamaq istədikləri  2 illik müqavilənin şərtlərini müzakirə ediblər.

Qeyd edək ki, “Atletiko” qış transfer pəncərəsi zamanı E.Kavanini heyətinə qatmaq istəsə də, keçid işləri uğursuzluqla nəticələnib.

Share: