Türkiyə və Yunanıstan hərbi heyətləri arasında beşinci texniki görüş keçirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş NATO-nun qərargahında baş tutub.
Qeyd olunub ki, növbəti görüşün gələn həftə keçirilməsi qərara alınıb.