Koronavirusa yoluxanların sayı 31 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 222 mindən çox artıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

Sentyabrın 22-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 222 556 nəfər koronavirusa yoluxub, 3 479 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 31 174 627, ölənlərin isə 962 613 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Share: