AMEA saytının baş redaktoru işdən çıxdı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri, AMEA-nın saytının (http://science.gov.az/) Baş redaktoru Nərgiz Qəhrəmanova işdən çıxıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə N.Qəhrəmanova özü məlumat yayıb.

O bildirib ki, yeni işlə əlaqədar baş redaktor vəzifəsindən öz ərizəsi ilə çıxıb.Bundan sonra, o, AMEA-nın Yüksək Texnologiyalar Parkında mətbuat katibi vəzifəsini icra edəcək.

Qeyd edək ki, N.Qəhrəmanova 11 ildir science.az-da çalışırdı.

 

Share: