Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 227 yoluxma halı qeydə alınıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 4140 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5255 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1643 nəfərin sağaldığı, 24 nəfərin isə vəfat etdiyi bildirilir.