Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Neftçala rayon Polis Şöbəsi xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Duxtar Sultanov təqaüdə göndərilib.
Milletinsesi.az xəbər verir ki, bu barədə Unikal.org-a DİN-in mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli məlumat verib.
D.Sultanovun yerinə isə, Neftçala rayon Polis Şöbəsinin xidmət üzrə inspektoru, polis polkovnik leytenantı Cəbrayıl Əhmədovun təyin edildiyi bildirilib.