Ermənistanda 210 yeni yoluxma

Ermənistanda son sutka ərzində 210 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milletinsesi.az  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 47 877 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 4 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 942 nəfərə çatıb.

Share: