Dünya tibb aləmində spirtli içkilərin ziyansız dozası haqda çoxdan mübahisələr gedir. Bəzi araşdırmalar göstərir ki, qırmızı çaxırın az miqdarda qəbulu hətta ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
Lakin onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır.
Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.
Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur:
– ağız boşluğu xərçəngi
– qırtlaq xərçəngi
– qida borusu xərçəngi
– qaraciyər xərçəngi
– yoğun və nazik bağırsağın xərçəngi
– süd vəzi xərçəngi.
Ümumdünya xərçəng araşdırmaları fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir.