Boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq.

Dövlət İmtahan Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 6-cı sayında dərc olunub. Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Share: