Ermənistanda son sutkada 374 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutka ərzində 374 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milletinsesi.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 48251 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 945 nəfərə çatıb.

Share: