Günün ulduz falı – 24 SENTYABR

Qoç – neytral gündür. Hadisələrin inkişaf məcrası sizdən və davranışınızdan asılıdır. Planetar məqamların duruma təsiri olması barədə marazmatik iddialara inanmayın.

Buğa – ünsiyyət, dəvət aldığınız yerə yollanmaq üçün yaxşı zamandır. Yeni tanışlıqlar olacaq. Onların sürəyi sizdən asılıdır.

Əkizlər – yaxşı xəbərlər alacaqsınız. Son vaxtlar nigaran qaldığınız insandan sizi sevindirəcək məlumat gələcək. Təşviş və təlaş geridə qalacaq. Pozitiv olun. Yaranan kiçik problemlərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanlar sizi tərifləyəcəklər.

Xərçəng – adi günlərdə müqayisədə daha çox orijinal və cəsur addımlar atın. Belədə diqqət mərkəzində ola bilərsiniz. İmiclə eksperimentlər uğurlu olacaq. Dəyişikliklər nə qədər ciddi olarsa, bir o qədər yaxşıdır.

Şir – həmfikirlərlə yanaşı, müttəfiqlər də tapacaqsınız. Yeni romantik təmas yaşamınızda əhəmiyyətli rol oynaya bilər.

Qız – əlverişli emosional fonu olan gündür. Əhvalınız pis olmayacaq. Ən çətin situasiyalarda belə, ruhdan düşməyin, nikbin qalın. Peşəkar fəaliyyətlə yanaşı, şəxsi həyatınızla bağlı məsələləri müzakirə etmək olar.

Tərəzi – uğurlu anlaşma və ya sərfəli uzunmüddətli müqaviləyə nail ola bilərsiniz. Ailə üzvləri ilə təmaslarda diqqətli, qayğıkeş, həssas olun. Ən xırda məsələlərdə belə, onların maraqlarını, istək və təkliflərini qulaqardına vurmayın. Qarşılıqlı incikliyə yol verməmək çətin olsa da, ailədə sülhü qorumaq üçün səy göstərin.

Əqrəb – işgüzar münasibətlərlə şəxsi təmasları heç bir halda qarışdırmayın. Bu gün belə qarışıq partlayışa səbəb ola bilər. Peşəkar fəaliyyət müstəvisində yaranan çətin problemləri həll etmək imkanları var. Sizi diqqətdə saxlayan insanlara işlərin öhdəsindən gəldiyinizi göstərin.

Oxatan – səbrli və təmkinli olsanız, yaxın ətrafınızdakı insanlarla münaqişələrə yol verməyəcəksiniz. Bunu dəyərləndirəcəklər. Axşam saatları dostlarla görüş və müzakirələr üçün əlverişlidir. Son vaxtlar sizi narahat edən məsələni nəzərdən keçirə bilərsiniz.

Oğlaq – İri miqyaslı sərmayə yatırmağa dəyməz. Bahalı əşyalar almayın, uzunmüddətli əməkdaşlıqla bağlı kiminləsə danışıqlar və müzakirələr aparmayın. Kobud səhvlərə yol verməyin.

Dolça – yaranmış situasiyanı təhlil edin. Baş verənlərlə bağlı düşünməyə dəyər. Qətiyyətli, iradəli addımlar və kəskin qərarlar zamanıdır. İntuisiyanız sizə işgüzar məsələlərin həllində tələskənliyə yol verməməyi deyir.

Balıqlar – yaxın ətrafınızdakı insanların tələblərini dinləyin. Aldığınız təkliflərlə bağlı düşünməyə dəyər. Dərhal cavab verməyin. Axşam saatları yaradıcılıq üçün əlverişlidir.

Share: