Balotelli klubunu dəyişir

“Breşia”nın hücumçusu Mario Balotelli komandasını dəyişəcək.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Cenoa” ilə müqavilə bağlamağa yaxındır. Onun yeni klubu ilə 1+1 illik sözləşmə imzalayacağı bildirilib.

Qeyd edək ki, Balotelli müqavilə ilə “Breşia”ya məxsus olsa da, komanda B Seriyasına yuvarlandığı üçün sözləşmə ləğv edilə bilər.

Share: