Posted in Dünya, Xəbər xətti18 metr hündürlükdə insanabənzər döyüş robotu hazırlanıb – VİDEO Admin September 25, 2020 15:47 Yaponiyalı mütəxəssislər 18 metrlik “mech” (insanabənzər döyüş robotu – red.) hazırlayıblar.“Gundam” adlanan nəhəng robotla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb.O da vurğulanır ki, “mech” bu mərhələdə çox yavaş hərəkət edir, video dörd dəfə sürətləndirilib.Kod.ru-nun məlumatına görə, “Gundam”ın hərəkət spektri böyükdür: barmaqlarını qatlaya, dizlərini bükə bilir.Bununla belə, onun heç bir funksional təyinatı yoxdur. “Gundam” sadəcə anime-serialların fanatlarını sevindirəcək.