Ermənistanda koronavirusa yoluxanların sayı 48 643 nəfərə çatıb.
Milletinsesi.az xəbər verir ki, son sutka ərzində 392 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 947 nəfər koronavirusdan ölüb, 4 002 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.