Daha 13 şagird koronaya yoluxdu

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVID-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən Milletinsesi.az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 86, işçi heyətinin sayı 3 olub.

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 13, işçi heyətinin sayı 7 nəfər təşkil edib.

Distan təhsilə keçirilmiş siniflərin sayı 2 olub.

Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 11, məktəb sayı isə 1-dir.

Share: