Hazırda “Azərsu” ASC-nin 1 milyon 523 min əhali abonentinin 227 mini sayğacla təmin olunmayıb.
Bu sözləri açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
Onun sözlərinə görə, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün tədbirlər planında bu illər ərzində bütün abonentlərin 100 faiz su sayğacları ilə təmin edilməsi tapşırığı verilib:
“Abonent bazasının məlumatlarına əsasən 227 min əhali qrupuna aid abonentə hesabat Tarif Şurasının təsdiqlədiyi normativə uyğun verilir. Bu o deməkdir ki, bu gün Azərbaycanda 227 min abonentin su sayğacı yoxdur. Onların da 113 mini Abşeron yarımadasının, 114 mini isə regionların payına düşür. Əhali abonentlərin sayğaclarla təmin edilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir və bununla bağlı hökumətə müraciət edilib. Eyni zamanda bu gün istismarda olan təxminən 127 min su sayğacı istismar müddətini başa vurub. Onların da dəyişdirilməsinə ehtiyac var”./Oxu.Az