“Yuventus” futbolçusu Luka Peleqrinini icarəyə göndərib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı karyerasını “Cenoa”da davam etdirəcək. Oyunçu cari mövsümün sonunadək A Seriyası klubunda çıxış edəcək.
Qeyd edək ki, Pelleqrini ötən il “Roma”dan “Yuventus”a keçib. O, geridə qalan mövsüm icarə əsasında “Kalyari”də oynayıb və 24 matça çıxaraq, 6 qolun ötürməsini verib.