Xarkovda baş verən faciəli hərbi təyyarə qəzası səbəbi ilə insanların həlak olması bizi dərindən kədərləndirib.
Milletinsesi.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov öz Tvitter hesabında yazıb.
“Həyatını itirənlərin ailələrinə başsağlığı veririk. Yaralılara tez bir zamanda sağalmağı diləyirik. Bizim dəstəyimiz və həmrəyliyimiz Ukrayna hökuməti və xalqı ilədir”, – o bildirib.
Qeyd edək ki, ötən gün gecə saatlarında Ukraynanın Xarkov şəhərinin yaxınlığında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb.