Türkiyədə son sutka ərzində koronavirusdan 73 (dünən 74) nəfər dünyasını dəyişib, 1665 (dünən 1 721) nəfər isə virusa yoluxub.
Milletinsesi.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 858-ə, yoluxanların sayı isə 311 455-ə yüksəlib.
Son 24 saat ərzində 1 318 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 273 282-yə çatıb.