Hollandiya alimləri insan başında yeni orqan kəşf ediblər

Hollandıya Xərçəng İnstitutu alimləri insan başında yeni orqan kəşf ediblər.

Hollandiyalı alimlər xərçəng müayinəsi zamanı insan başında daha əvvəl elmə məlum olmayan yeni orqan kəşf ediblər. Alimlər, yeni orqanın 4-cü böyük tüpürcək vəzi olması qənaətinə gəliblər.

Tədqiqatçılar həmiçinin qeyd ediblər ki, tüpürcək vəzinin müalicə ilə sağala bilən xəstəliklərə qarşı həssas olduğu üçün onkoloji xəstəliklər– in müalicəsinə effektiv təsir göstərəcək.

İnterpress.az

Share: