Qrip əleyhinə peyvəndlərin pulsuz vurulacağı qruplar – SİYAHI

Səhiyyə Nazirliyi tərəfindən mövsümi qrip əleyhinə peyvəndlər alınıb. Həmin peyvəndlər dövlət hesabına əhaliyə vurulacaq.

Bunu AzTV-nin efirində yayımlanan “Gün Başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.

O bildirib ki, qriplə COVİD-19 virusunun simptomları bənzər olsa da onları bir-birindən fərqləndirən kiçik nüanslar var:

“Dozasına görə, vaksinlərin həm keyfiyyəti, həm qiyməti, həm də saxlanılması qaydaları fərqli olur. Ölkəyə gətirilən bu vaksinlər çox keyfiyyətlidirlər. Nazirlik tərəfindən alınan bu peyvəndlər risk qrupunda olan bütün tibb işçilərinə, yaşı 65-dən yuxarı olan şəxslərə, hamilələrə və 6 aydan yuxarı olan uşaqlara vurulacaq. Digər qruplar isə özləri könüllü olaraq peyvənd üçün müraciət edə bilərlər”.

Share: