Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, namizədlər arasında “Qarabağ”la I qrupunda yer alan “Vilyarreal”ın futbolçusu Takfuso Kubo da var. O, “Sivasspor”la qarşılaşmada 1 qol və 2 qol ötürməsi edib.
Digər namizədlər isə Yusuf Yazıçı (“Lill”), Darvin Nunes (“Benfika) və “Lester”dən Keleçi İhinaçodur.
Azarkeşlər UEFA-nın saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.