Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi edilib.

Milletinsesi.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov təqaüdə göndərilib.

Hazırda onun vəzifəsi müavini, polis polkovniki Arzu Məmmədova həvalə edilib.

 

Share: