Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyqilərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik.
Milletinsesi.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.
“Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”, – o əlavə edib.