Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasında aclıq elan edib.
“RİA Novosti” xəbər verir ki, bunu onun vəkili bildirib.
Qeyd edək ki, A.Atambayev oktyabrın 5-də etiraz aksiyaçıları tərəfindən həbsxanadan çıxarılmışdı.
Atambayev Qırğızıstana 2011-2017-ci illərdə rəhbərlik edib. O, 2019-cu ilin 8 avqustunda Koy-Taş Çuysk əyalətinin kəndindəki qərargahında saxlanılıb. Eks-prezidentə qarşı bir sıra ittihamlar irəli sürülüb və o, azadlıqdan məhrum olunub. A.Atambayev dəfələrlə bildirib ki, bu ittihamları siyasi təqib hesab edir./report