Oktyabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirilir.
Milletinsesi.az xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxildir.
Gündəliyin ilk məsələsi Azərbaycan Respublikasının Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması ilə bağlı qanun layihəsi ilə bağlıdır.
Deputatlar, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda (üçüncü oxunuş), “Təhsil haqqında” qanunda (ikinci oxunuş), “Peşə təhsili haqqında” qanunda (ikinci oxunuş) qanunlarda dəyişikliklər edilməsi, həmçinin Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirə edəcəklər.
Bundan başqa, Əmək və Ailə məcəllələrində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş), eləcə də “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirəyə çıxarılacaq.