Gürcüstanda koronavirusdan daha 23 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 824 yoluxma halı qeydə alınıb, 23 nəfər ölüb.

Milletinsesi.az  xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 32 127 nəfərə, ölənlərin sayı 238 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3 757 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 12 632 nəfərin sağaldığı bildirilir.

Share: