Eyni vaxtda koronavirusa və qripə yoluxmanın ÖLÜMCÜL TƏHLÜKƏSİ

Koronavirusdan ölüm hadisələri arasında qripin ağırlaşdırdığı hallar da ola bilər.

Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki, virusoloq, Meçnikov adına Vaksin və Zərdablar Elmi Tədqiqat İnstitutunun direktoru Vitali Zverev xəbər verib.

Mütəxəssisin sözlərinə görə, COVID-19 pandemiyası fonunda bir çoxları qripdən çəkinməyi dayandırıb, halbuki bu xəstəlik heç də koronavirusdan az təhlükəli deyil. Belə ki, sözügedən respirator xəstəliyindən ölüm halları dünyada ən yüksək göstəricilərə malikdir. (publika.az)

Share: