Türkiyənin İzmir şəhərinin Urla və Seferihisar rayonlarında 3 dəqiqəlik ara ilə daha iki zəlzələ baş verib. Hər ikisi 4 bal gücündə olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, Urladakı yeraltı təkan 25 km, Səfərihisardakı isə 7 km dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, İzmir şəhərinin Bayraklı rayonunda güclü zəlzələ nəticəsində azı bir bina çöküb./report