Lukaku “Real”la oyunu buraxacaq

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Real”ın qonağı olacaq “İnter” görüşə ciddi itki ilə çıxacaq.

Qol.az “Corriere Dello Sport”a istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Romelo Lukaku zədə səbəbindən bu oyunu buraxacaq.

Bud əzələsindən zədələnən belçikalı hücumçunun şənbə günü A Seriyasında “Parma” ilə matçda da bu səbəbdən oynamadığı bildirilib.

Bazar günü səhər məşqində iştirak edən digər hücumçu Aleks Sançesin isə Madrid klubuna qarşı oynaya biləcəyi qeyd olunub.

Koronavirusdan sağalan müdafiəçisi Milan Şkrinyarın da oyuna hazır olduğu vurğulanıb.

Qeyd edək ki, “Real” – “İnter” matçı noyabrın 4-də keçiriləcək.

Share: