WhatsApp”dan maraqlı funksiya

Məşhur “WhatsApp” messencerindən daha bir maraqlı funksiya gəlir: Yoxa çıxan mesajları artıq göndərmək mümkün olacaq.

“RİA Novosti”nin məlumatına görə, bu barədə proqramın tərtibçiləri məlumat verib.

Bildirilir ki, ötən ildən etibarən “WhatsApp” müəyyən bir müddətdən sonra mesajları avtomatik olaraq silən yeni xüsusiyyət üzərində işləyir. “Yoxa çıxan mesajlar” adı verilən bu funksiya “WhatsApp”a çox yaxında əlavə olunacaq.

Şirkətdən bu seçimin mesajlaşmada necə tətbiq ediləcəyi də izah edilib.

Bildirilir ki, istifadəçilərə qrup və ya fərdi söhbət tarixindən mesajları yeddi gündən sonra silmək üçün müstəqil ayarlama imkanı veriləcək. Onlar həm göndərəndən, həm də göndərilən ünvandan yox olacaq.

Bu funksiya aktivləşdirmədən əvvəl göndərilən mesajlara təsir göstərməyəcək.

Tərtibatçılar yoxa çıxan mesajların məxfiliyə zəmanət verilmədiyi barədə də xəbərdarlıq ediblər – ismarıc “WhatsApp”dan silinməzdən əvvəl ötürülə, kopyalana və ya fotoşəkili çəkilə bilər.

Funksiya “WhatsApp”ın yaxın günlərdə gözlənilən yeniləməsində görünəcək və bütün platformalarda mövcud olacaq.

Bundan əlavə, istifadəçi yeddi gün ərzində “WhatsApp”ı açmasa da, mesaj yeddi gündən sonra silinəcək. Bununla belə mesaj “WhatsApp” açılana qədər bildiriş siyahısında görünə bilər.

Share: