Gürcüstanda açıq havada da tibbi maska taxmaq məcburi oldu

Milletinsesi.az  xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili bildirib.

Onun sözlərinə görə, noyabrın 4-dən etibarən qapalı məkanlarda olduğu kimi, açıq havada da tibbi maska taxmaq məcburi olacaq.

Qaydanı pozan vətəndaşlar 20 lari (11 manat) cərimə ediləcəklər.

Share: