Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmaqda davam edir.
Milletinsesi.az Report-a istinadən xəbər verir ki, düşmən tərəfindən rayonun Mirəşirli və Əhmədağalı kəndləri ərazisinə ümumilikdə 30-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.