Avstriyada 3 günlük matəm elan edildi

Bu gün Vyanada törədilən terror hücumları zamanı ölənlərin xatirəsinə ehtiram olaraq hökumət noyabrın 3-dən 5-dək ölkə üzrə matəm elan edib.

Hökumətin saytı xəbər verir ki, bu gün saat 12-də bir dəqiqəlik sükut gözlənilməklə rəsmi idarələrin qarşısında dövlət bayraqları endirilib.

Xatırladaq ki, Vyanada 6 məkanda, o cümlədən şəhər sinaqoqunun qarşısında naməlum şəxslər tərəfindən hücumlar törədilib, nəticədə 3 nəfər ölüb, 15 nəfər də xəsarət alıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb. Hökumət əhalini evdən çıxmamağa çağırıb.

Polis tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir./report

Share: