Türkiyədə zəlzələ qurbanlarının sayı 114 nəfərə çatıb

İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 100-ə çatıb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan 147 nəfərin müalicəsi davam edir.

***

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 109-a çatıb.

***

Dağıntılar altından 110 nəfərin cəsədi çıxarılıb. Yaralıların sayı isə 1027 nəfərə çatıb.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mediaya açıqlamasında deyib.

***

İzmir zəlzələsində ölənlərin sayı 111 nəfərə çatıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 113-ə, yaralıların sayı isə 1035-ə yüksəlib.

***

Türkiyənin İzmir vilayətində baş verən zəlzələ nəticəsində həlak olanların sayı 114-ə çatıb.

 

Share: