“Qarabağ” Türkiyəyə yola düşdü

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Sivasspor”la qarşılaşacaq “Qarabağ” Türkiyəyə yola düşüb.

Qol.az xəbər verir ki, Ağdam klubunu aparan təyyarə bir qədər əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxıb. Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunacaq. Komandanın isə Bakı vaxtı  ilə saat 20:00-da oyunöncəsi son məşqi nəzərdə tutulub.

Qeyd edək ki, sabah “Yeni 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 21:55-də başlayacaq.

Share: