Məhbusların Qarabağda döyüşə göndərilməsi məsələsi nəzərdən keçirilir.
Bu barədə Ermənistanın ədliyyə naziri Rüstəm Badasyan parlamentdəki jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu kimi məsələlərə prokurorluq qərar verməlidir. Lakin Ədliyyə Nazirliyinin heç bir əsaslı etirazı yoxdur.
O bildirib ki, penitensiar müəssisələrin Ədliyyə Nazirliyinin tabeliyində olmasına baxmayaraq, bir məhbusun könüllü şəkildə Qarabağa getməsi üçün həbs qətimkan tədbiri dəyişdirilməlidir. Bu kimi məsələlər isə Baş Prokurorluq tərəfindən məhkəmə yolu ilə həll olunur./bakupost