Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir.
Milletinsesi.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında deyib.
Avropa Şurası Nazirlər Komitəsinin 130-cu iclasına qatıldıqlarını bildirən nazir qeyd edib ki, başqalarının müqəddəs dəyərlərini təhqir etmək ifadə azadlığı hesab oluna bilməz:
“Terrorun istənilən formasını qınayırıq və hamıdan eyni münasibəti gözləyirik”.