“Qarabağ”ın oyununun hakimləri koronavirusa görə dəyişdirilib

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda ötən gün keçirilən “Sivasspor” – “Qarabağ” oyununun (2:0) hakimlərinin dəyişdirilməsinin səbəbi müəyyənləşib.

Qol.az “A Bola”ya istinadən xəbər verir ki, matça təyin olunan portuqaliyalı referi Joau Pineyruda koronavirus aşkarlandığı üçün görüş Sandro Şörerin başçılıq etdiyi isveçrəli hakimlər briqadasına tapşırılıb.

Pineyru ilə yanaşı, yan xətt hakimləri Tyaqu Koşta və Pedru Ribeyru isveçrəlilərlə əvəzləniblər. Yalnız 4-cü hakim Yanku Yoan Vasilitsa dəyişdirilməyib.

Share: