Ağstafada sərnişindən silah-sursat götürüldü

Ağstafa polisi qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər.

Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi VAZ-2107 markalı avtomobil saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan AK-74 markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

 

Share: