Deputat Könül Nurullayevaya töhmət verildi

Noyabrın 13-də keçirilən Milli Məclisin İntizam komissiyasının iclasda deputat Könül Nurullayeva barəsində intizam tədbirinin tətbiqi məsələsinə baxılıb.

Milletinsesi.az-ın məlumatına görə, komissiyanın iclasında bildirilib ki, noyabrın 12-də Türkiyənin “TV Net” telekanalına müsahibə verən K.Nurullayevanın canlı yayımda səsləndirdiyi fikirlər Azərbaycanın dövlət siyasətinə ziddir və Azərbaycan cəmiyyətinin və Milli Məclisin mövqeyini əks etdirmir.

Müzakirələrin yekununda İntizam komissiyası deputat Könül Nurullayeva barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılarıldığı zaman Ermənistandan təzminat istənilməsi barədə suala cavab verən Könül Nurullayeva bu gün Ermənistanın iqtisadiyyatının tam çökdüyünü, xarici borclarının artdığını və bu durumda rəsmi İrəvanın Azərbaycana təzminat verməsinin önəmli olmadığını bildirib.

 

Share: