Qoç – səylərinizi yönəldəcəyiniz istiqaməti müəyyənləşdirin. Yaxın gələcəkdə maksimum fayda əldə etmək üçün əsas fəaliyyət yönünü seçin. Yaxın ətrafınızdakı insanlar sizi nəyəsə razı salmağa çalışanda, güc və qüvvənizi, vaxt və səylərinizi tələb edən əmələ yönəltmək istəyəndə “yox” deməyi bacarın.
Buğa – ilk əvvəl öz maraqlarınızı düşünün. Gərəksiz işə baş qoşduğunuzu, münaqişəli situasiyaya qarışdığınızı bilən kimi geri çəkilin. Vədlərinizə əməl etməyə çalışın.
Əkizlər – etibar etdiyiniz, birlikdə işlədiyiniz insanlardan dəstək almağa can atın. Görüş, müzakirə, yazışma və söhbət yeni emosiyalar vəd edir.
Xərçəng – romantik hisslər, əsassız istəklər və xülyalara aldanmayın. Macəra və sərgüzəştlər aramayın. Günün ilk yarısı sizdən mühüm qərarlar tələb edə bilər. Bu qərarlar müəyyən dərəcədə şəxsi həyatınızla bağlı olacaq.
Şir – toplanan məlumatları, xəbərləri, bilik və təcrübəni təhlil edin, sistemləşdirin. Yeni, mühüm işə başlayın. Səhhətinizə diqqətlə yanaşın. Həkim məsləhəti tələb edən simptomlar varsa, onları nəzərdən qaçırmayın.
Qız – situasiyanın ləng və asta şəkildə inkişaf etdiyini düşünə bilərsiniz. Lakin yeni informasiyalar yetərincədir. Məlumat və xəbərləri qəbul edin, biliklərinizi göstərməyin. Alınan məlumat əsasında çalışmağa tələsməyin.
Tərəzi – situasiyanı başqa gözlə görməyə çalışın. Ümid və gözləntiləri dəyərləndirin. Qətiyyətli olun, mövqelərinizdən sapmayın. Axşam saatlarında səhhətinizə fikir verin, istirahət edin. Təmas dairəsini ənənəvi əlaqələrlə məhdudlaşdırın.
Əqrəb – ehtiyatlı olun, istənilən məsələ ilə bağlı mövqeyinizi açıqlamağa tələsməyin. Ətrafınızdakı insanlarda qıcıq yaratmayın. Mübahisələr münaqişəyə, ambisiyalar izharına, iddiaların açıqlanmasına çevrilə bilər.
Oxatan – vədlərə əməl edin, öhdəlikləri yerinə yetirin. Münasibətlərdə gərginlik istisna deyil. Planlarınızın ziyanına olaraq sürəkli qaydada başqalarının işini yerinə yetirməyin.
Oğlaq – plan və ideyalar çoxdur. Vaxt, resurs, informasiya qıtlığına rəğmən növbəti layihəyə başlayın. İşlərdə qayda yaradın. Təmirə ehtiyac duyan avadanlıq və qurğunu normal vəziyyətə gətirin.
Dolça – emosional əks-səda, rəğbət izharı gözlədiyiniz görüşlər bu gün üçün deyil. Tək işləsəniz, daha ciddi nəticələr əldə edə bilərsiniz.
Balıqlar – emosiyalar və hisslərin əsirinə çevrilsəniz, çətin situasiyaya düşə bilərsiniz. Hadisələrin axarını nəzərdən qaçırmayın. Diqqət mərkəzində olacaqsınız. Şəxsi həyatınızda dəyişikliklər ola bilər.