Rusiya tarixində ilk dəfə Türkiyəyə uduzdu

Rusiya tarixində ilk dəfə Türkiyəyə uduzdu

Rusiya millisi tarixində ilk dəfə Türkiyə yığmasına məğlub olub.

Qol.az xəbər verir ki, Stanislav Çerçesovun kollektivi ötən gecə Millətlər Liqasının 5-ci turunda Şenol Güneşin komandasına minimal fərqlə uduzub- 2:3.

Bu, Rusiya millisi üçün ilk hesab edilir. Belə ki, komandalar arasında ümumilikdə 8 görüş keçirilib. Onlardan 3-ü heç-heçə, 4-ü Rusiyanın qələbəsi ilə başa çatıb. Ötən gecə isə Türkiyə ilk dəfə bu rəqibini məğlub etməyi bacarıb.

Qeyd edək ki, bunadək Türkiyə 1975-ci ildə SSRİ yığmasını üstələyib- 1:0.

Share: