Bakıda yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub.
Milletinsesi.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə saat əvvəl paytaxtın Nizami rayonunda sürüşmə nəticəsində hasar aşıb.
Qara Qarayev prospekti: 61 ünvanında istinad divarının aşması nəticəsində 3 avtomobil daşlar altında qalıb.
Hazırda mütəxəssislər əraziyə sığorta şirkətlərinin gələrək avtomobillərlə bağlı qiymətləndirmə aparmasını gözləyirlər. Bundan sonra yolun təmizlənməsi işləri icra olunacaq.