Şuşa ətrafından 150 erməni hərbçisinin cəsədi çıxıb

150 erməni əsgərin cəsədi Şuşa yaxınlığındakı ərazidən çıxarılıb

Milletinsesi.az xəbər verir ki, bu haqda qondarma “Dağlıq Qarabağ respublikası”nın “başçı”sı kimi təqdim edən Arayik Arutyunyan sosial şəbəkədə yazıb. O, itkilərini etiraf edərək bunları qeyd edib:

“Çoxlu insan və ərazi itkiləri yaşadıq. Bunu bir daha bu günlərdə Şuşa ətrafındakı ərazilərdən çıxarılan 150 erməni hərbçinin cəsədləri sübut edir”.

Arutyunyan əlavə edib ki, hələ də döyüş meydanında qalan cəsədlər var.

Bununla yanaşı Ermənistanda davam edən siyasi böhran qondarma rejimin rəhbərini də narahat edib. O, Ermənistandakı daxili sabitliyə təhdidlərdən narahat olduğunu qeyd edib.

Share: