Qvineya quşu yumurtası

Qvineya quşunun yumurtası dietik qidalardan hesab edilir. Qvineya quşu yumurtasında xolesterinin miqdarı çox azdır və o allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb olmur. Qvineya quşunun yumurtası armud formasında, sarı-qəhvəyi rəngdə və möhkəm qabığa malik olur. Qabığının möhkəm olması onun quşdan salmonella mikrobuna yoluxmasının qarşısını alır. Bu yumurtanın tərkibində olan faydalı maddələr onun uzun müddət təzə qalmasına səbəb olur. Qvineya quşunun yumurtası 0-10* tempraturda 6 aya qədər saxlamaq olur. Orta ölçüdə olan qivineya yumurtası 45-48 qram çəkidə olur. Əksər Avropa ölkələrində toyuqdan çox qvineya quşunun ətindən və yumurtasından istifadə edilir.
Dünyaya yayılması
Qvineya quşu ev quşlarından biridir. Onun vətəni Afrika hesab edilir. Qvineya quşu Afrika ölkələrindən bütün ölkələrinə yayılmağa başlayıb. Bu quş əvvəlcə Qədim Yunanıstana və Romaya sonra isə bütün dünya ölkələrinə yayılıb. Onun əti və yumurtasının dadı ev quşlarının dadından geri qalmır. Bəzi ölkələrdə isə qvineya quşunu dekorativ quş kimi bəsləyirlər.Qvineya quşunun yumurtası çox bahalı yumurtalardandır. 100 qram qvineya quşunun qida dəyəri:
– Zülallar – 13,2 qr
– Yağlar – 0,5 qr
– Karbohidratlar – 0,7 qr
– Su – 70 qr
– Kalori – 43 kKal.
Bu yumurtanın qida dəyəri çox yüksəkdir. Onun tərkibində E, D, B qrup, PP vitaminləri, fosfor, kalium, kalsium, maqnium, kolbat, dəmir mineralları, müxtəlif amin turşular(lizin, metionin, asparaqin, qlütamin, sistin və s)var. Yumurtanın sarısı iri və parlaq sarı rəngə malik olur. Onun tərkibində çoxlu miqdarda A vitamini, karotinoidlər var.
Xəstəliklər zamanı istifadəsi
Qvineya yumurtasından dəmir defisit anemiya, periferik və mərkəzi sinir sisteminin patologiyaları zamanı, göz xəstəliklərində, mədə və bağlrsaq pozulmalarında, maddələr mübadiləsinin dəri səpgiləri ilə müşayiət olunan formasında geniş istifadə edilir.
Hamiləlik və uşaqəmizdirmə dövrtündə anaların bu yumurtadan istifadə etməsi məsləhət görülmür. Başqa yumurtalara qarşı allergiyası olan uşaqlara qvineya quşunun yumurtasını vermək olar.
Qvineya yumurtası qabığının faydalı xüsisiyyətləri
Orqanizm üçün qvineya yumurtasının ağı və sarısından onun qabığı daha çox faydalıdır. Onun tərkibi bağırsaqlar tərəfindən asan sorulan kalsium və 26 növ mineralla zəngindir. Bu yumurta qabığının tərkibində ftor, dəmir, molibden, kükürd, fosfor, kremin, sink və s elementlərlə zəngindir. Sintetik yollarla hazırlanmış kalsium həbindən fərqli olaraq qvineya yumurtasının tərkibində olan kalsium orqanizm tərəfindən asan sorulur. Bu məqsədlə yumurtanın içi boşaldılır, qabıq təmizləndikdən sonra 5 dəqiqə qaynadılıb qurudulduqdan sonra qəhvəüyüdəndə toz şəklinə salınır. Toz şəklinə salınmış yumurta qabığı gündə 1 dəfə olmaqla 1 çay qaçığı içilir. Toz su ilə birlikdə içilməlidir.
Kosmetologiyada qvineya yumurtası
Qvineya yumurtasından üz, bədən və saçlar üçün keyfiyyətli maskaların hazırlanmasında istifadə edilir. Yumurta sarısı və yulaf kəpəyindən hazırlanmış maska üzün dərisində olan məsamələri təmizləyir, dərini elastikləşdirir, parıldadır və qidalandırır. Yumurta sarısını gillə qarışdırıb üzə sürtüb 20 dəqiqə sonra isti su ilə yuduqda dəri gözəlləşir.
100 qram qatıq, 3-4 damcı E vitamini və 1 yumurta sarısını qarışdırıb massaj edərək dəriyə sürtüb və 20 dəqiqə sonra isti su ilə yumaq dərinin möhkəmlənməsinə, elastikliyinin atmasına səbəb olur. Qalan qarışımı isə qurumaması üçün polietilen paketə qoyub saxlamaq lazımdır.
Saçların möhkəmlənməsi üçün xırda doğranmış yaşıl soğan, yumurta sarısı və bal qarışımından hazırlanan maskanı saçların dibinə və özünə sürtərək 15-20 dəqiqə saxlamaq və yumaq lazımdır. Maskanı sürtdükdən sonra saçları polietilen paketlə bükmək lazımdır. Əks təqdirdə yumurta saçlarada quruyub qalır və yuyub təmizləmək çətin olur.
Qvineya quşunun zərərli xüsusiyyətləri
Qvineya yumurtasının zərərləri barədə heç bir məlumata rast gəlinməyib. Ehtiyyat tədbiri almaq üçün peyvənd olunan körpələrə peyvəndin ilk günündə yumurta vermək məsləhət görülmür.
Orqanizmindən zülalın çətin sorulması müşahidə edilən xəstələr qvineya yumurtası yeyən zaman diqqətli olmalıdırlar.

Milli.Az

Share: