Ermənistanda koronavirusa yoluxanların sayı 120 459 nəfərə çatıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, son sutka ərzində 1 589 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 28 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 839 nəfər koronavirusdan ölüb, 38 082 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.