Qubada karantin rejimini pozan şəxslər cərimə olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Milletinsesi.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları xidmət zamanı karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Zöhrab Abdullayev və orada olan 17 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Həmin şəxslər barəsində cərimə protokolları tərtib olunub və təyin olunan qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.
Bununla yanaşı, rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi də aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, sahibi Rəhman Süleymanov və orada çalışan iki işçi barədə inzibati qaydada tədbirlər görülüb.