Xüsusi karantin rejimi müddətində bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir – SİYAHI

Xüsusi karantin rejimi müddətində şənbə və bazar günləri bir sıra sahələr üzrə fəaliyyətə icazə verilir.

Milletinsesi.az xəbər verir ki, bu fəaliyyət sahələri Nazirlər Kabinetinin 2020-ci il 19 noyabr tarixli Qərarına 1 nömrəli əlavədə müəyyənləşdirilib.

Fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır:

– hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanlar və vəkillər;

– fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanları;

– səhiyyə və sosial xidmət müəssisələri, dezinfeksiya xidmətləri;

– kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı;

– fasiləsiz fəaliyyət göstərən müəssisələr, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələri;

– apteklər, ərzaq mağazaları (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələri;

– kütləvi informasiya vasitələri;

– mühafizə xidmətləri.

Share: